Hüquqi Məsləhətlər: tez-tez soruşulanlar

  • Hüquq müdafiəçiləri kimlərdir?

    İnsan hüquqları müdafiəçiləri fərdi və ya digərləri ilə birlikdə insan hüquqlarını təşviq və ya müdafiə etmək üçün hərəkət edən insanlardır. Onlar jurnalistlər, ətraf mühit fəalları, whistle blowers, həmkarlar ittifaqı fəalları, hüquqşünaslar, müəllimlər, səhiyyə sahəsində fəallar və s. ola bilərlər. Onlar hüquqların müdafiəsini həm öz işlərinin bir hissəsi kimi həm də könüllü şəkildə yerinə yetirə bilərlər. Öz fəaliyyətlərinə görə onlar tez-tez repressiyalar və hər cür hücumlara, o cümlədən xoşagəlməz nəzarətə, saxta ittihamlara, özbaşına həbs və təzyiqlərə məruz qalırlar.

    BMT Baş Assambleyasının 1998-ci ilin dekabr ayında qəbul etdiyi Bəyannamə [1]insan hüquqlarını müdafiə edən istənilən fərdi “insan hüquqlarının müdafiəçisi” kimi qəbul edir.

    İnsan hüquqlarını müdafiə edənlər və təşviq edənlər insan hüquqları ilə bağlı normalar yaratmır, mövcud normaların düzgün tətbiqini və məhdudiyyət yaradan  normaların olmamasını istəyir və bunun uğrunda mübarizə aparır. Bəyannamənin də əsas qayəsi belə şəxslərə dair məlumatları toplamaq, əldə etmək, onların vəziyyətinin yaxşılaşdırılmasına səy göstərməkdir. Məhz buna görə də xüsusi prosedurlardan biri məhz bu mövzu ilə bağlıdır.

    Bəyannaməyə əsasən bir insan hüquqları müdafiəçisi insan hüquqlarının təbliği və qorunması üçün işləyən qrupun və ya təşkilatın tərkibində tək işləyənlərdir. Bu geniş təsəvvür peşəkar, habelə qeyri-peşəkar insan hüquqları işçiləri, könüllülər, jurnalistlər, hüquqşünaslar və hətta bəzən bir insan hüquqlarının fəaliyyəti həyata keçirən hər kəsə aiddir.

  • Hüquq müdafiəçilərinin müdafiə mexanizmləri

    Hüquq müdafiəçiləri haqqında 1998-ci il tarixli BMT bəyannaməsindən sonra, hüquq müdafiəçilərinin müdafiəsi və sözügedən bəyannamənin yerinə yetirilməsini təşviq etmək üçün beynəlxalq və regional müstəvidə bir çox təşəbbüslər həyata keçirilmidşri. Bu konteksdə hüquq müdafiəçilərinin müdafiəsi üzrə aşağıdakı qaydalar və mexanizmlər yaranmışdır:

    • The mandate of the United Nations Special Rapporteuron human rights defenders (2000)
    • The European UnionGuidelines on human rights defenders (2004)
    • The Declaration of the Committee of Ministers on Council of Europe action to improve the protection of human rights defenders and promote their activities [1](2008)
    • The European Union Human Rights Defenders mechanism, which is implemented by civil society organizations, eu(2015)
  • Hüquq müdafiə fəaliyyəti necə aparılır?

    • Dövlət orqanlarına müraciətlər: inzibati icraatın aparılması
      • Ərizələr
      • Şikayətlər
      • Elektron müraciətlər

     Azərbaycan vətəndaşlarının müraciət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasnın 57-ci maddəsində tanınan konstitusion huquq kimi təminat altına alınıb. Dövlət orqanların müraciət hüququ 30 sntyabr 2015-ci il tarixli  “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”  ilə təmzimlənir. Sözügedən qanun vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müraciət edir.

  • Spontan toplaşmaq (piket) nədir ?

    Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən  obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.
 
Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…